RU

İranın iki əsgəri öldürülüb

BAKI, 2 noyabr. TELEQRAF

Bəsic könüllü dəstəsinin iki üzvü İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində patrul xidməti zamanı terrorçular tərəfindən öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

İranın cənub-şərqində yerləşən İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri Sistan və Bəlucistan əyalətində iki Bəsic hərbiçisinin öldürüldüyünü bəyan edib.

Açıqlamada ölən iki təhlükəsizlik qüvvələrinin terrorçuların öldürməyə çalışdığı qəbilə liderini müşayiət etdiyi qeyd edilib.

Bəyanatda qəbilə liderinin sui-qəsddən sağ qalıb-qalmaması dəqiqləşdirilməyib, ancaq iki təhlükəsizlik əməkdaşının ağır yaralandığı və daha sonra aldıqları yaralardan öldüyü qeyd edilib.

Избранный
40
teleqraf.com

1Источники