RU

Almaniya Qəzza zolağı ilə bağlı çağırış edib

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yohann Vadeful Almaniyanın xarici işlər naziri Yohann Vadeful Yaxın Şərqə səfəri zamanı Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi üçün BMT mandatının verilməsi çağırışını bir daha təkrarlayıb.Reyting.az xəbər verir ki, bu barədə məlumatı “DW” nəşri yayıb.Nazir şənbə günü Bəhreyndə keçirilən təhlükəsizlik məsələlərinə dair konfransda çıxışı zamanı bildirib ki, Berlin “beynəlxalq hüquqa əsaslanan bu missiya üçün aydın mandatı” alqışlayardı.Vadeful həmçinin israilliləri və fələstinliləri, eləcə də ərəb və Avropa ölkələrini Yaxın Şərqdə sülh planının həyata keçirilməsi üçün birgə səylərə çağırıb.Qeyd olunur ki, Qəzza zolağında beynəlxalq qüvvələrin yerləşdirilməsi Fələstinin islamçı HƏMAS qruplaşması ilə İsrail arasında atəşkəs razılaşmasının bəndlərindən biridir.Xatırladaq ki, Almaniya kansleri Fridrix Merz Türkiyəyə səfəri zamanı Qəzza zolağındakı vəziyyətlə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla açıq mübahisə edib.ELÇİN

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
1
reyting.az

2Источники