RU

“Atletik Bilbao” Real Sosyedad”a məğlub oldu

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

İspaniya La Liqasının 11-ci turunda “Real Sosyedad”la “Atletik Bilbao” qarşılaşıblar.

Komandalar “Real Arena”da (San Sebastyan) oynadılar.

38-ci dəqiqədə “Real Sosyedad”ın yarımmüdafiəçisi Brays Mendes hesabı açıb. 42-ci dəqiqədə “Atletik Bilbao”nun hücumçusu Qorka Quruzeta hesabı bərabərləşdirib.

47-ci dəqiqədə portuqaliyalı Qonsalo Quedeş ev sahiblərini yenidən irəli çıxarıb. 79-cu dəqiqədə “Bilbao”nun hücumçusu Robert Navarro hesabı bərabərləşdirib. 90+2-ci dəqiqədə “Real Sosyedad”ın yarımmüdafiəçisi Yon Qorrotsategi komandasına qələbə qazandırıb – 3:2.

“Real Sosyedad” La Liqada 13-cü yerə yüksəlib. Komanda hazırda 11 oyundan 12 xal toplayıb. “Atletik Bilbao” 14 xalla turnir cədvəlində 10-cu yerdədir.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
1
icma.az

2Источники