BAKI, 1 noyabr. TELEQRAF
“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan İngiltərənin “Çelsi” klubu növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, London təmsilçisi Premyer Liqanın X turunda “Tottenhem”in qonağı olub.
Enso Mareskanın rəhbərlik etdiyi kollektiv derbi matçında minimal hesablı qələbə qazanıb - 1:0.
Görüşdə yeganə qolu 34-cü dəqiqədə Joau Pedro vurub.
Bununla da “zadəganlar” xallarının sayını 17-yə çatdıraraq 3-cü pillədə qərarlaşan “Tottenhem”ə çatıb.
Qeyd edək ki, “Çelsi” növbəti oyununu noyabrın 5-də “Qarabağ”a qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq qarşılaşma saat 21:45-də start götürəcək.