RU

"Atletiko" "Sevilya"nı MƏĞLUB ETDİ

İspaniya La Liqasının 11-ci turunda “Atletik Madrid” doğma meydanda “Sevilya”ya qalib gəlib.

Bizim.Media xəbər verir ki, qarşılaşma 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə yekunlaşıb.

Matçın ilk qolunu 64-cü dəqiqədə argentinalı hücumçu Xulian Alvares penalti ilə vurub. 77-ci dəqiqədə yarımmüdafiəçi Tyaqo Almada üstünlüyü artırıb, 90-cı dəqiqədə isə hücumçu Antuan Qrizmann hesabı 3:0-a çatdıraraq qələbəni rəsmiləşdirib.

Qeyd edək ki, “Sevilya” 13 xalla 11-ci sırada, “Atletiko” isə 22 xalla 4-cü pillədə qərarlaşıb. “Real Madrid” 27 xalla sıralamada liderliyini qoruyur.

Bizim.Media

Избранный
12
1
bizim.media

2Источники