RU

Tramp Ali Məhkəmədə dinləmələrdə iştirak edən ilk ABŞ prezidenti ola bilər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp tariflərlə bağlı keçiriləcəkdinləmələrdə iştirak edərsə, ölkə tarixində Ali Məhkəmənin şifahimüzakirələrinə qatılan ilk dövlət başçısı olacaq.

Trend-inməlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər yayıb.

Məlumata əsasən, Tramp əvvəlki dövrdə tətbiq etdiyi idxaltariflərinin taleyini müəyyən edəcək dinləmələrdə şəxsən iştiraketmək niyyətində olduğunu bildirib. “Bloomberg” Ali Məhkəmə TarixCəmiyyətinin nəşrlər üzrə direktoru Kler Kuşmana istinadən qeydedir ki, Ali Məhkəmənin iki əsrdən artıq tarixində indiyədək heçbir prezident şifahi müzakirələrdə iştirak etməyib.

Agentlik yazır ki, Trampın dinləmədə iştirakı administrasiyayatariflərin qanunsuz hesab olunması barədə qərarın ləğv edilməsiüçün məhkəməyə dolayı təzyiq imkanı verə bilər. Bununla belə, onuniştirakının baş tutub-tutmayacağı hələ də qeyri-müəyyəndir, çünkihəmin gün Trampın Florida ştatının Mayami şəhərində keçiriləcəkbiznes forumunda çıxış etməsi planlaşdırılır.

Ali Məhkəmə ABŞ administrasiyası tərəfindən tətbiq edilənçoxsaylı tariflərin qanuniliyini araşdırmaq məqsədilə noyabrın 5-nədinləmə təyin edib. İş bir qrup biznesmenin hökumətə qarşı,tariflərin qanunsuz tətbiqi və şirkətlərinə vurduğu zərərlə bağlıiddia qaldırmasından sonra başlanıb.

Xatırladaq ki, avqustun 29-da ABŞ Dairə Apellyasiya MəhkəməsiTrampın bəzi tarifləri tətbiq etmək səlahiyyətinin olmadığınıqərara alıb. Sentyabrın 4-də isə Tramp administrasiyası bu qərarınləğvi üçün Ali Məhkəməyə müraciət edib.

Избранный
33
8
az.trend.az

10Источники