RU

Ukrayna daha bir bölgəni itirir

Ukrayna

Rus ordusu demək olar ki, Pokrovskun bütün rayonlarında möhkəmlənib. Ukrayna ordusunun hələ təxminən 5 kilometr enində bir dəhlizi qalıb ki, bu dəhliz vasitəsilə sursat çatdırmaq və yaralıları təxliyə etmək mümkündür.

Reyting.az
xəbər verir ki, bu barədə alman nəşri “Bild”-də hərbi analitik Yulian Röpke yazıb.

Onun sözlərinə görə, şəhər daxilində 1000-dən çox ukraynalı əsgər müdafiə xəttini saxlayır, onlardan bəziləri artıq rus mövqelərinin arxasında qalıb. Rusiya qüvvələri sayca ukraynalılardan on dəfə çoxdur və onların atəş gücü xeyli üstündür.

Bildirilir ki, rusların uğur qazanmasına səbəb Ukrayna tərəfdən kifayət qədər hərbçinin olmaması və müdafiənin zəif təşkil edilməsidir. Bu da Rusiya qüvvələrinə ukraynalıların müdafiə xətlərindəki kilometrlərlə boşluqlardan keçərək arxa cəbhəyə sızmağa şərait yaradıb.

“Ruslar infiltrasiyaya əsaslanan strategiyaları ilə xaos yaradıblar. İndi heç kim bilmir ki, harada bizim ordumuzdur, harada düşmən. Bu isə nizamsızlığa, qeyri-müəyyən cəbhə xəttinə və hətta dost atəşinə səbəb olur”, – deyə nəşrə ukraynalı zabit bildirib.

Onun sözlərinə görə, bu xaos Rusiya üçün əlverişlidir, “çünki onlar üçün insan həyatı əhəmiyyət daşımır, biz isə hər bir canlı əsgərdən asılıyıq”.

Rusiya prezidenti Vladimir Putinin Pokrovskda Ukrayna qoşunlarının mühasirəyə alındığı barədə bəyanatını analitik təkzib edib. O bildirib ki, əslində təxminən 5 kilometr enində bir dəhliz mövcuddur və Ukrayna ordusu bu dəhliz vasitəsilə bölgəyə sursat çatdıra və yaralıları qərbə təxliyə edə bilir.

V. Quliyev
Избранный
45
1
reyting.az

2Источники