Rusiyanın Saratov şəhərində yaşayan qadın Azərbaycan vətəndaşını evində qeydiyyata aldığı üçün cərimələnib.
Musavat.com xəbər verir ki, Saratov sakini Rusiya Cinayət Məcəlləsinin 322.2-ci maddəsi (əcnəbinin saxta qeydiyyatı) ilə məhkum olunub və 100 min rubl (təxminən 2 115 manat) cərimə edilib.
Hadisə 2024-cü ilin sentyabr ayında baş verib. Qadın Azərbaycan vətəndaşını evində qeydiyyata alıb, lakin əslində həmin şəxs onunla yaşamayıb. Saxta qeydiyyat yalnız 2025-ci ilin oktyabr ayında aşkarlanıb.
Musavat.com