RU

Vaşinqtonda Suriya prezidentini gözləyirlər

Vaşinqtonda

Suriya prezidenti Əhməd əl-Şaraanın yaxın zamanda Vaşinqtona səfəri gözlənilir.

Reyting.az
“Reuters” agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ-ın Suriyadakı xüsusi elçisi Tom Barrak bildirib.

Barrak Bəhreyndə jurnalistlərə açıqlamasında deyib ki, səfər zamanı Suriya ABŞ-ın rəhbərlik etdiyi İŞİD terror qruplaşmasına qarşı koalisiyaya qoşulacaq.

Xatırladaq ki, may ayında ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı bütün sanksiyaları ləğv etməyi planlaşdırdığını bəyan etmişdi.

Lakin “Sezar sanksiyaları” kimi tanınan ən sərt məhdudiyyətlər yalnız ABŞ Konqresinin qəbul edəcəyi aktla ləğv oluna bilər. Qanunvericilər bu məsələdə fikir ayrılığı yaşasalar da, ilin sonuna qədər qərar vermələri gözlənilir.

“Sezar Aktı” Suriyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq etmişdi və bu sanksiyalar devrilmiş prezident Bəşər Əsədin hökuməti ilə əlaqəli şəxslərə, şirkətlərə və qurumlara yönəlmişdi. Əsədin hökuməti ötən il Əhməd əl-Şaraa-nın rəhbərlik etdiyi müxalifət qüvvələri tərəfindən devrilmişdi.

Bu qanunun ləğvi xarici investisiyaların cəlb edilməsinə, beynəlxalq bank xidmətlərinə çıxışın bərpasına və əsas sənaye sahələrinin dirçəlməsinə imkan yaradacaq.

Qeyd edək ki, Tramp may ayında Əhməd əl-Şaraa ilə də görüşüb.

E. Kamal
Избранный
56
reyting.az

1Источники