RU

“Komandaya inanırıq və bu vəziyyətdən çıxacağıq”

“Liverpul”un kapitanı Vircil van Deyk komandanın son oyunlardakı uğursuz nəticələri ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, niderlandlı futbolçu bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Dəfələrlə demişəm, uğurun açarı həm yaxşı, həm də çətin günlərdə birlikdə olmaqdır. Son vaxtlar nəticələrimiz və oyunlarımız istədiyimiz səviyyədə olmayıb. İndi özümüzü daha yaxşı tərəfdən göstərməli və bu vəziyyətdən çıxış yolu tapmalıyıq. Hər kəs nə ilə üzləşdiyimizi başa düşür və vəziyyəti dəyişmək üçün əlindən gələni edir. Heç kim bu vəziyyətdən məmnun deyil, amma mən komandama tam inanıram. Gündəlik məşqlərdə hər kəsin əzmini və bacarığını görürəm.”

Qeyd edək ki, “Liverpul”un məğlubiyyət seriyası Premyer Liqanın 6-cı turunda başlayıb. Komanda əvvəlcə “Kristal Pelas”a 1:2, daha sonra “Çelsi”yə və “Mançester Yunayted”ə eyni hesabla uduzub. Son olaraq “qırmızılar” “Brentford”a 2:3 hesabı ilə məğlub olublar.

Избранный
41
90deqiqe.az

1Источники