İsrailin Azərbaycandakı səfiri Ronen Krausz Qarabağ səfərindən paylaşım edib.BUTA.TV xəbər verir ki, səfir X hesabında bu sözləri yazıb: "Qarabağa ikinci səfərimdir. İşlərin və tikinti prosesinin irəliləyişi sadəcə inanılmazdır. Körpülər, dəmir yolları, yollar, tunellər, kəndlər və şəhərlər - hamısı sürətlə inkişaf edir. Növbəti səfərimdə bu irəliləyişi görmək üçün səbirsizliklə gözləyirəm".