RU

“Sumqayıt” Konqo millisinin üzvünü heyətinə qatdı

“Sumqayıt” FK 2025/26 mövsümü üçün daha bir futbolçunu heyətinə qatıb.

Klubdan Teleqraf-a verilən məlumata görə, “kimyaçılar” son olaraq Türkiyənin “Sakaryaspor” klubunda çıxış etmiş Konqo millisinin üzvü Nsana Simon ilə 2 il uzatma şərti ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Fransanın “Lans” komandasının yetirməsi olan Nsana Simon karyerası boyunca adıçəkilən klubla yanaşı İsveçrənin “Sent Qallen”, Sloveniyanın “Bravo” və Türkiyənin “Sakaryaspor” klublarında çıxış edib.

Избранный
52
1
teleqraf.com

10Источники