"Oyuna itkilərlə çıxmışdıq. Bilirdik ki, ağır oyun olacaq. Bu gün ehtiyat gücümüz də yox idi. İlk hissədə düşünürdük ki, nəsə edə bilərik. Təəssüf ki, alınmadı".

Offsideplus.az xəbər verir ki, bunları "Kəpəz"in baş məşqçisi Azər Bağırov "Neftçi"yə məğlun olduqları (1:5) oyundan sonra deyib.

O, müdafiədəki problemlər barədə bunları deyib:

"Bir oyunu azlıqda oynamışıq.Ba ilə Ohori kimi iki əsas oyunçuların olmaması bizim kimi komandalara təsir edir. Heç kim qol buraxmaq istəməz. Təəssüflər olsun ki, boşluqlarımız var".

A. Bağırov hakimlərdən də şikayətlənib:

"Dinimizdə də 3 hakimdən 2-si cəhənnəmlikdir. Qərarları verəndə fikirləşsinlər ki, kimlərinsə haqqına girməsinlər. Ötən turda 11 dəqiqə oyun dayanır, 5 dəqiqə əlavə vaxt verilir.. Bilsinlər ki, heç nə əvəzsiz deyil. Verdikəri qərarların hamısı onlara yedizdiriləcək".

Gənc mütəxəssis sonda Rza Cəfərovun "Kəpəz"ə tramsferi barədə heç bir məlumatının olmadığını bildirib.