RU

Metroda bu üsulla da ödəniş edə bilərik

17:48 01.11.2025
17:48 01.11.2025

Artıq metrodan keçid zamanı NFC dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay” və "Google Pay” ilə ödəniş etmək mümkündür.

Bu barədə Mynews.az-a "Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, yenilik hazırda Bənövşəyi xəttin bütün stansiyalarında ("Xocəsən”, "Avtovağzal”, "Memar Əcəmi” və "8 Noyabr”) sınaq mərhələsindədir və tezliklə bütün xətlər üzrə aktiv olacaq.

Həmçinin qeyd olunub ki, sınaq mərhələsində texniki çətinlik yaranarsa, "BakıKart” və ya digər ödəniş üsullarından yararlanmaq mümkündür.


Избранный
63
19
mynews.az

10Источники