RU

Zaqatalada bir həftə əvvəl döyülən kişi xəstəxanada ölüb, iki nəfər tutulub - YENİLƏNİB-1

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Zaqatala rayon sakini İsgəndər Musayevi döyərək onun ölümünə səbəb olan şəxslərdən biri, 34 yaşlı Hafiz Hacıyev saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, H.Hacıyev artıq istintaqa təhvil verilib.

Qeyd edək ki, əməli törədən şəxslərdən digəri Rasim Abbasov da bir neçə gün öncə polis əməkdaşları tərəfindən saxlanılmışdı.

***

29 oktyabr, 11.08

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı Zaqatala rayon sakini İskəndər Musayevi döyərək onun ölümünə səbəb olan şəxslərdən biri, 36 yaşlı Rasim Abbasov saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, digər şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

***

27 oktyabr, 23.07

Zaqatalada bir həftə əvvəl tanışları tərəfindən döyülən 41 yaşlı kişi xəstəxanada ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsində müalicə alan 41 yaşlı Zaqatala şəhər sakini İsgəndər Yusif oğlu Musayev axşam saatlarında dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, İ. Musayev oktyabrın 20-dən 21-ə keçən gecə rayonun Yuxarı Tala kənd inzibati ərazisində tanışları Zaqatala rayon sakinləri Hafiz Ramiz oğlu Hacıyev və Rasim Süleymanoviç Abbasov tərəfindən aralarında baş verən münaqişə zəminində ölümcül döyülmüşdü.

Hadisəni törətməkdə şübhəli sayılan Hafiz Ramiz oğlu Hacıyev və Rasim Süleymanoviç Abbasov hadisəni törətdikdən sonra qaçıb gizləniblər. Hazırda onların tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin müvafiq maddəsi ilə cinayət işi başladılıb, araşdırma aparılır.

Избранный
8
7
apa.az

10Источники