RU

Büdcə müzakirələri bu tarixdə BAŞLAYACAQ

Milli Məclisdə 2026-cı il büdcə zərfinin müzakirəsinə başlanacağı tarix məlum olub.

Paralel.az xəbər verir ki , bu barədə Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “apa.az”a açıqlamasında məlumat verib.

O qeyd edib ki, noyabrın 4-də komitədə 2026-ci ilin büdcə zərfi müzakirə ediləcək.

Azər Əmiraslanov bildirib ki, noyabrın 6-da komitədə büdcə paketinə daxil olan digər sənədlər müzakirəyə çıxarılacaq:

“Söhbət əsasən Vergi Məcəlləsinə dəyişikliklərdən gedir. Digər komitələrdə də noyabrın 4, 5 və 6-da büdcə müzakirə olunacaq.


Bayramdan sonra 2 gün ərzində ümumiləşmiş iclaslar keçirib komitələrdə büdcə müzakirələrini yekunlaşdıracağıq.


Daha sonra parlamentin plenar iclasında büdcə zərfi müzakirəyə çıxarılacaq”.

Избранный
47
11
paralel.az

10Источники