İran nüvə proqramı ilə bağlı vəziyyəti həll etmək və ədalətli razılıq əldə etmək üçün danışıqlara hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Cəzirə" telekanalına açıqlayıb.
XİN rəhbərinin sözlərinə görə, ABŞ qəbuledilməz tələblər irəli sürüb: "Biz nüvə proqramımızla bağlı narahatlığı aradan qaldırmaq üçün danışıqlara hazırıq. Ədalətli razılaşmanın əldə olunması ehtimalı var, lakin Vaşinqton qəbuledilməz və ağır tələblər irəli sürüb".
Ağarza Elçinoğlu