RU

Ermənistan Prezidenti Misirə gedir

Ermənistan Prezidenti Vaaqn Xaçatryan 1–3 noyabr tarixlərində işgüzar səfərlə Misirin paytaxtı Qahirəyə səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM"  xəbər verir ki, bu barədə “Armenia Today” məlumat yayıb.

Məlumatda deyilir ki, Misir Prezidenti Əbdül-Fəttah əs-Sisinin dəvəti ilə Xaçatryan Misir Milli Muzeyinin açılış mərasiminə qatılacaq.

Səfər çərçivəsində Ermənistan dövlət başçısı beynəlxalq tərəfdaşlarla bir sıra görüşlər keçirəcək.

Избранный
17
5
operativmm.az

6Источники