RU

Türkiyədə kriptovalyuta birjasının qurucusu həbsxanadakı vanna otağında ölü halda tapıldı

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Türkiyədə "Thoedex" kriptovalyuta birjasını quraraq, minlərlə sərmayədara qarşı dələduzluq etmək iddiası ilə saxlanılan Faruk Fatih Özer həbsxanadakı kamerasında ölü halda tapılıb.

Oxu.Az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.

Bildirilir ki, Özer hüquq-mühafizə orqanlarından uzun müddət gizlənsə də, 2022-ci il avqustun 30-da Albaniyada saxlanılaraq Türkiyəyə ekstradisiya edilib.

O, "cinayətkar təşkilat qurmaq, idarə etmək, üzv olmaq", "külli miqdarda fırıldaqçılıq" və "çirkli pulların yuyulması" maddələri ilə ittiham edilirdi.

Barəsində 11 min 190 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası tələb olunurdu.

Qeyd edilir ki, o bu gün səhər saatlarında həbsxanadakı birnəfərlik kameradakı hamamda ölü vəziyyətdə aşkarlanıb.

Fakt üzrə təhqiqat başlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
1
oxu.az

2Источники