Bu gün Premyer Liqanın X turunda daha iki oyun keçiriləcək.
Sportinfo.az xəbər verir ki, günün ilk qarşılaşmasında "Karvan-Yevlax" Şamaxıda "Zirə"ni qəbul edəcək.
Matç saat 14:00-da başlayacaq.
Ardınca "Neftçi" autsayder "Kəpəz"lə münasibətlərinə aydınlıq gətirəcək.
"Palms Sports Arena"da baş tutacaq görüşün start fiti saat 17:00-da səslənəcək.
"Zirə" 16 xalla 3-cü sırada qərarlaşıb.12 xalı olan "Neftçi" 8-ci, 5 xala malik "Karvan-Yevlax" 11-cidir. Cari mövsüm cəmi 1 qələbəsi olan "Kəpəz" 3 xalla sonuncu - 12-ci pillədə yer alıb.
Turun açılış qarşılaşmasında "Qarabağ" "İmişli"ni iki cavabsız qolla üstələyib.
4:00. "Karvan-Yevlax" – "Zirə" 0:0
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı şəhər stadionu
17:00. "Neftçi" – "Kəpəz"
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Rauf Cabarov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.