RU

Thodex in qurucusu Faruk Fatih Özər həbsxanada asılmış vəziyyətdə tapılıb

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kriptovalyuta birjası Thodex-in qurucusu Faruk Fatih Özər həbsxanadakı tək nəfərlik kamerasının hamam otağında asılmış vəziyyətdə tapılıb.

Bu barədə APA-nın Türkiyə bürosu xəbər verib.

Qeyd edək ki, Faruk Farih Özer qurduğu Thodex adlı kriptovalyuta birjası vasitəsilə çox sayda insanı dələduzluq yolu ilə aldatmaqda ittiham olunan Faruk Fatih Özər, qaçdığı Albaniyada 2022-ci il avqustun 30-da yaxalanaraq Türkiyəyə gətirilmişdi.

Onun barəsində “cinayətkar təşkilat qurmaq, idarə etmək və təşkilata üzv olmaq”, “dələduzluq” və “əmlak dəyərlərini leqallaşdırmaq” kimi ittihamlarla 11 min 190 il 6 ay həbs cəzası tələb olunurdu.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
9
apa.az

10Источники