RU

Şalva Papuaşvili: Avropa Parlamenti Avronest platformasını şantaj vasitəsinə çevirib

Tbilisi, 1 noyabr, AZƏRTAC

Bu gün çox təəssüf ki, Avropa Parlamenti Avropa İttifaqının digər İnstitutları kimi Avronest platformasını da şantaj və təzyiq vasitəsinə çevirib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin Avronest Parlament Assambleyasının qətnamələrinə cavab bəyanatında əksini tapıb.

Bəyanatda qeyd olunur ki, bəzi avroparlamentar deputatlar qətnamələrin mətnlərinə Gürcüstan cəmiyyəti üçün tamamilə qəbuledilməz və qıcıq doğuran qeydlər əlavə ediblər.

Ş.Papuaşvilinin sözlərinə görə, Avropa Parlamentində bu qüvvələrin düşmənçilik və dar düşüncəli yanaşmasını nəzərə alaraq, Gürcüstanın Daimi Parlament Nümayəndəliyi Avronest-in gələcək sessiyalarında iştirak etməyəcək.

"Gürcüstan Şərq Tərəfdaşlığı təşəbbüsünə həmişə konstruktiv, səmərəli və əhəmiyyətli töhfə verib. Avropa Parlamenti konstruktiv dialoq üçün müvafiq şərait yaradarsa, Gürcüstan parlament nümayəndə heyəti yuxarıda qeyd olunan "Şərq Tərəfdaşlığı"nın parlament platformasına yenidən qoşulmağa hazır olacaq" - deyə, Papuaşvili bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
70
1
azertag.az

4Источники