RU

Rusiyada qaraçı qəsəbəsində reyd keçirildi - 35 nəfər hərbi komissarlığa aparıldı

BAKI, 1 noyabr. TELEQRAF

Rusiya hüquq-mühafizə orqanları Tula vilayətində qaraçıların məskunlaşdığı Plexanovo qəsəbəsində reyd keçirib.

Teleqraf xəbər verir ki, əməliyyat nəticəsində 35 qaraçı hərbi komissarlığa aparılıb.

Təhlükəsizlik qüvvələri maliyyə pozuntularına və çağırışla bağlı intizam məsələlərinə diqqət yetiriblər.

Reyd zamanı təxminən 1 milyon rubl müsadirə edilib, 5 avtomobili saxlanıb, borca görə 43 evin elektrik təchizatı dayandırılıb.

Bundan əlavə, yol hərəkəti qaydalarının pozulması və vergi borclarına görə 24 akt tərtib edilib.

Избранный
26
1
teleqraf.com

2Источники