Bakı. Trend:
İsrail ordusu Livanın cənubunda Hizbullah hərəkatına aid“Rədvan” xüsusi təyinatlı bölmənin silahlı terrorçusunuzərərsizləşdirib.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin(IDF) mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri Livanın cənubunda yerləşən Nəbatirayonunda “Hizbulla” qruplaşmasına aid “Rədvan” qüvvələrininterrorçusunu zərərsizləşdirib. Həmin terrorçu İsrail dövlətinəqarşı çoxsaylı terror hücumlarının həyata keçirilməsində iştirakedib və “Hizbullah”ın terror infrastrukturu obyektlərinin bərbasıilə məşğul olub”, - bəyanatda qeyd olunur.
İDF-in bildirdiyinə görə, həmin şəxs İsrail dövləti və onunmülki əhalisi üçün təhdid yaradıb, habelə, İsraillə Livanarasındakı atəşkəslə bağlı razılaşmalara qarşı fəaliyyətgöstərib.