Rusiyanın Mavrikidəki səfiri, Azərbaycan əsilli İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.
Müvafiq fərman Rusiyanın rəsmi hüquq-informasiya portalında dərc edilib.