RU

Almaniya avtomobil sənayesində 200 min iş yeri ixtisara düşə bilər


“Mercedes-Benz” və “Volkswagen” kimi avtomobil istehsalçılarının zəif rüblük nəticələri fonunda Almaniyanın avtomobil sənayesində 200 minə yaxın iş yeri ixtisara düşə bilər.
Yenavaz.com
xəbər verir ki, bu barədə Bild qəzeti məlumat yayıb.
Avtomobil sənayesi eksperti Ferdinand Dudenhoefferin sözlərinə görə, Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz”də itkilərin əsas səbəbi işçilərə təklif etdiyi işdən çıxma müavinətlərinin çox olmasıdır.
Oxşar vəziyyət avtomobil nəhəngi “Volkswagen”də də yaranıb: üçüncü rübdə milyardlarla itkiyə baxmayaraq, onun əsas bölmələri və törəmə şirkəti “Škoda” sabitlik nümayiş etdirir. Lakin hazırkı iqtisadi vəziyyət Almaniyada hasilatı rentabelsiz edir.
Dudenhoeffer hesab edir ki, Çin kimi rəqiblər, eləcə də Aİ ölkələri aşağı əmək və enerji xərcləri olan şirkətləri cəlb edir.
“Əgər qətiyyətli tədbir görülməsə, Almaniya növbəti 10 il ərzində avtomobil sənayesi, təchizatçılar və maşınqayırma sahəsində təxminən 200 min iş yerini itirə bilər” - deyə Dudenhoeffer yekunlaşdırıb.
Избранный
37
3
yeniavaz.com

4Источники