RU

Yevlax şəhərində “Tarixi Zəfərin ideoloji əsaslarının gənclər arasında təbliği” layihəsi çərçivəsində ilk maarifləndirici görüş keçrildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin həyata keçirdiyi “Tarixi Zəfərin ideoloji əsaslarının gənclər arasında təbliği” adlı layihənin ilk tədbiri 23 oktyabr 2025-ci ildə Yavlax şəhəri 3 nömrəli tam orta məktəbdə keçrildi.

Tədbir şəhidlərimizin əziz xatirəsini yad etməklə başladı. Sonra “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri və “Tarixi Zəfərin ideoloji əsaslarının gənclər arasında təbliği” adlı layihənin rəhbəri Emin Həsənli iştirakçıları salamlayaraq bildirdi ki, 44 günlük vətən müharibəsində ordumuzun qazandığı zəfərin bu il 5 illik yubleyidir. Azərbaycan tarixinə qızıl həriflərlə yazılan bu qəhrəmanlıq səlnaməsi haqqında hazırkı həssas dövürdə gənclər arasında maarifləndirici görüşlərin keçrilməsi çox əhəmiyyətlidir. Qlobal miqyasda təhlükəsizlik risklərinin və xarici təhdidlərin artdığı bir zamanda gənclərdə özünə inam hissinin aşlanmasına böyük ehtiyac vardır. Layihə çərçivəsində ordumuzun qəhrəmanlığını tərənnüm edən sənədli film hazırlanıb bu gün o sənədli filmədə baxacayıq və bir daha ordumuzun qəhrəmanlığından xəbərdar olacayıq. Bu layihənin həyata keçrilməsinə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz dərin təşəkkürümü bildirirəm. Biz uzun illərdir bir QHT olaraq Agentliyin maliyyə dəstəyi ilə bu qəbildən olan layihələr icra edirik. Sonra söz layihənin eksperti,Qarabağ qazisi Taleh Əliyevə verildi. Ekspert gənlərimiz arasında tarixi zəfərin ideoloji əsaslarının təbliğ edilməsinin əhəmiyyətindən danışaraq bildirdi ki, odu dövətin suverenliyinin və təhlükəsizliyinin əsas qarantıdır. Güclü ordusu olan ölkəyə düşmən hücum edə bilmir. Bu gün Azərbaycan ordusu məhz belə bir qüdrətli ordudur. Daha sonra sənədli filmə baxış olduqdan sonra tədbirdə iştirak edən Qarabağ qazisi çıxış edərək öz müharibə xatirələrindən danışdıqdan sonra tədbir başa çatdı.

Qeyd edək ki, layihə çərçivəsində növbəti tədbirlər Bərdə, Tərtər rayonlarında və Bakı şəhərində keçriləcəkdir.

Избранный
13
11
turkustan.az

10Источники