RU

Samiya Suluhu Həssən yenidən Tanzaniyanın prezidenti seçilib

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Samiya Suluhu Həssən Tanzaniyada keçirilən seçkilərdə səslərin təxminən 98 %-ni toplayaraq qalib gəlib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi ölkənin seçki komissiyasına istinadən məlumat yayıb.

S.Həssən 2021-ci ildən ölkənin prezidenti vəzifəsini tutur.

Agentliyin məlumatına görə, səsvermə ölkə boyu kütləvi etirazlar və iğtişaşlarla müşayiət olunub.

Agentlik əhalinin narazılığının səbəbi kimi prezidentin iki əsas rəqibinin seçkilərə buraxılmamasını, həmçinin müxalifətə qarşı təzyiqləri göstərir.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
2
cebheinfo.az

4Источники