RU

Bir türk bir şey vəd edirsə, həmişə onu yerinə yetirir - Kosta Rika prezidenti

Kosta Rika Prezidenti Rodriqo Çaves ölkəsinə səfər edən Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Ölkə.Az xəbər verir ki, görüş zamanı Çavesin səmimi açıqlamaları diqqət çəkib.

O, Türkiyə türkcəsində “Türkiyə mənim ikinci vətənimdir” sözlərini söyləyib.

“Türk xalqı dürüst, etibarlı və sözünə sadiqdir. Bir türk bir şey vəd edirsə, həmişə onu yerinə yetirir. Mən buna görə həmişə türk xalqına heyranam”, - deyə o əlavə edib.

Çaves əlavə edib ki, Türkiyə ilə bütün sahələrdə dostluq münasibətlərini gücləndirmək üçün hər cür kömək göstərməyə hazırdır.

Billurə Yunus
 

Избранный
31
2
olke.az

3Источники