RU

Azərbaycan və Sudan arasında əməkdaşlığın yeni istiqamətləri müzakirə olunacaq

Azərbaycan və Sudan arasındakı münasibətlər uzun illərə söykənir. Bu il biz iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 33-cü ildönümünü qeyd edirik. Prezidentlərimiz arasında yaxşı qarşılıqlı anlayış və etimad mövcuddur.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Sudanın fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa jurnalistlər üçün keçirilən mətbuat konfransında söyləyib.

O bildirib ki, hər iki tərəf əlaqələrin daha da genişləndirilməsində və möhkəmləndirilməsində maraqlıdır: “Gələcək görüşlərdə siyasi əlaqələrin inkişafı və qarşılıqlı əməkdaşlığın yeni istiqamətləri müzakirə olunacaq. Azərbaycan və Sudan iki dost və tərəfdaş ölkə kimi qarşılıqlı əlaqələrə yeni təkan verməyə sadiqdir”.

Избранный
32
3
xezerxeber.az

4Источники