RU

Orxan Məmmədov: Gənc sahibkar təkcə iş adamı deyil, həm də yaradıcıdır

Oxu.az saytına istinadən ain.az xəbər verir.

"Gənc sahibkar sadəcə iş adamı deyil. O, özü yaradıcıdır, ideyanı reallığa çevirən yolun əsl memarıdır. Unutmayaq ki, hər bir böyük uğur kiçik addımlarla başlayır".

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda Gənc MÜSİAD-in təşkilatçılığı ilə keçirilən Avrasiya Gənc İş Adamları Forumunda (EYBF2025) deyib.

KOBİA rəhbəri Azərbaycan dövlətinin gənclərin sahibkarlıq potensialına inandığını və bu istiqamətdə onlara daim dəstək olduğunu vurğulayıb:

"Ölkəmiz Azərbaycan gənclərinin sahibkarlıq ruhuna güvənir və onların yanındadır. KOBİA olaraq biz gənclərimiz və gənc sahibkarlarla müxtəlif istiqamətlərdə əməkdaşlıq edirik".

O.Məmmədov bildirib ki, hər bir yeni təşəbbüs Azərbaycanın gələcəyinə qoyulan sərmayədir:

"Hər bir yeni biznes, hər bir başlanğıc və hər bir ideya ölkəmizin gələcəyini formalaşdıran investisiyadır".

Gənclərə müraciət edən O.Məmmədov belə deyib:

"Öz ideyanıza inanırsınızsa, artıq qalib gəlmisiniz. Əgər kiminsə həyatına az da olsa müsbət təsir edə bilsəniz, siz əsl iş adamısınız".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
32
2
oxu.az

3Источники