RU

Beyin sağlamlığına zərərli olan qidalar - ARAŞDIRMA

Bu gün bütün dünyada olduğunu kimi Azərbaycanda da insanlar artıq çəki, eləcə də müxtəlif xəstəliklərdən əziyyət çəkirlər.

Mütəxəssislər isə bu problemin yaranma səbəblərindən biri kimi istehlak edilən qidaları əsas göstərirlər. Hazırda marketlərdə müxtəlif növ ərzaqlar satılır ki, onların bir qisminin orqanizmə faydasından çox ziyanı var.  

"Cebheinfo.az" xəbər verir ki, Virciniya Texnologiya Universitetinin alimləri hansı növ zərərli qidaların beyin sağlamlığına ən çox zərər verdiyini müəyyən ediblər.

Araşdırmaya görə, ultra emal olunmuş ət məhsulları və şəkərli içkilər siyahıda birinci yerdədir.Alimlər müəyyən ediblər ki, hər gün bu iki qida qrupundan bir porsiya artıq istehlak edən insanlarda demensiya və Alzheimer kimi pozğunluqların inkişaf riski xeyli artır.

2014-2020-ci illər arasında aparılan tədqiqatda 55 yaş və yuxarı 4 750 ABŞ vətəndaşı müayinə edilib. Onlar hər iki ildən bir koqnitiv testdən keçiblər. Araşdırmada 1 363 nəfərdə koqnitiv pozğunluq müşahidə olunub. 

Qeyd edilir ki, hər gün bir porsiya artıq ultra emal olunmuş ət istehlak edənlərdə risk 17 faiz artıb. Eləcə də hər gün bir porsiya artıq şəkərli içki (kola, buzlu çay, meyvəli içkilər və s.) istehlak edənlərdə risk 6 faiz artıb.

Tədqiqat zamanı maraqlı bir fakt da aşkarlanıb. Belə ki, umumi ultra emal olunmuş qida (UPF) istehlakı ilə koqnitiv pozğunluq arasında birbaşa əlaqə tapılmayıb. Çörək, şirniyyat, qəlyanaltılar, süd məhsulları və ya hazır yeməklər kimi digər UPF növləri, artan risklə heç bir əlaqəsi olmayıb.

Virginia Texnologiya Universitetinin insan qidalanması üzrə professor Brenda Davy, nəticələrin ümidverici bir mesaj daşıdığını söyləyib: 

"Dəyişdirilə bilən şeylər var. Əsas məsələ ağıllı və balanslı seçimlər etməkdir".

Tədqiqatçılar vurğulayıblar ki, ultra emal olunmuş məhsulları azaltmağın ən təsirli yolu evdə yemək bişirmə vərdişlərini artırmaqdır.

Virginia Texnologiya Universitetinin nümayəndəsi Ben Katz deyib:

"Pəhriz saxlamaq bir şeydir, onu hazırlamaq bacarığına sahib olmaq isə tamamilə başqa bir şeydir".

Избранный
36
cebheinfo.az

1Источники