RU

Bu gün İstanbulda derbi var

Bu gün Türkiyə çempionatında 11-ci turun oyunları keçiriləcək. Mətbuat.az xəbər verir ki, turun mərkəzi oyunu İstanbulda baş tutacaq. "Qalatasaray" doğma meydanda "Trabzonspor"u qəbul edəcək. Yerli KİV-in yazdığına görə, hər iki komanda oyuna ciddi hazırlaşıb. İstanbul təmsilçisi rəqibini məğlub edərək liderliyini davam etdirmək istəyir. "Trabzonspor" isə meydandan qalib ayrılıb aradakı xal fərqini 2-yə endirməyi hədəfləyir.

Qeyd edək ki, indiyə kimi keçirilmiş 10 turun nəticələrinə görə, "Qalatasaray" 28 xalla turnir cədvəlinə liderlik edir. Sarı- qırmızıların ən yaxın təqibçisi "Trabzonspor" isə 23 xalla ikinci pillədə qərarlaşıb.

Избранный
26
1
metbuat.az

2Источники