Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İspaniyanın “Real Madrid”də forma geyən 20 yaşlı Türkiyə millisinin futbolçusu Arda Gülər, Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) tərəfindən “2025-ci ilin ən yaxşı oyun qurucusu” mükafatına namizəd göstərilib.
Bakupost.az xəbər verir ki, IFFHS-nin rəsmi saytında yayımlanan məlumata görə, “2025-ci ilin ən yaxşı oyun qurucusu” mükafatı üçün 15 futbolçu seçilib.
Mükafat sahibi 120 ölkədən olan idman jurnalistləri və futbol ekspertlərindən ibarət jüri tərəfindən müəyyənləşdiriləcək. Qiymətləndirmədə futbolçuların mövsümi deyil, illik (yanvar-dekabr) performansı nəzərə alınır.
Namizəd göstərilən 15 futbolçu bunlardır:
Futbolçu Ölkə Klub
Arda Gülər Türkiyə “Real Madrid”
Bruno Fernandes Portuqaliya “Manchester United”
Cole Palmer İngiltərə “Chelsea”
Florian Wirtz Almaniya “Bayer Leverkusen / Liverpool”
Jude Bellingham İngiltərə “Real Madrid”
Kevin De Bruyne Belçika “Manchester City / Napoli”
Lamine Yamal İspaniya “Barcelona”
Martin Odegaard Norveç “Arsenal”
Pedri İspaniya “Barcelona”
Vitinha Portuqaliya “PSG”
Lionel Messi Argentina “Inter Miami”
James Rodriguez Kolumbiya “Leon”
Reo Hatate Yaponiya “Celtic”
Muhammed Kudüs Qana “West Ham / Tottenham”
Malik Tillman ABŞ “PSV / Bayer Leverkusen”
Cavid, BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.