RU

Tacikistan Avropa İttifaqına etiraz etdi

BAKI, 1 noyabr. TELEQRAF

Tacikistan Xarici İşlər Nazirliyi bir neçə tacik bankının Avropa İttifaqının (Aİ) sanksiya siyahısına salınmasından narahatlığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a nazirlikdən məlumat verilib.

“2025-ci il oktyabrın 23-də Aİ Şurası üçüncü ölkələrdə, o cümlədən Tacikistanda bir sıra bank və şirkətlərin fəaliyyətini də əhatə edən növbəti sanksiya paketini qəbul edib. Xarici İşlər Nazirliyi bəzi Tacikistan banklarının bu sanksiya siyahısına daxil edilməsindən dərin narahat olduğunu və təəssüfünü ifadə edir”, - mənbə qeyd edib.

Избранный
36
teleqraf.com

1Источники