Azərbaycan Basketbol Liqasında (ABL) V turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutacaq.

B qrupunda "Naxçıvan" "Quba" ilə üz-üzə gələcək. Görüş saat 14:00-da başlayacaq.

A qrupunda isə "Neftçi" NTD ilə qarşılaşacaq. Oyun saat 18:00-da start götürəcək.

Hər iki görüş Bakı İdman Sarayında olacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Ordu" "Lənkəran"ı (91:76), "Sumqayıt" "Sərhədçi"ni (84:80), "Şəki" isə "Gəncə"ni (84:70) məğlub edib.