RU

“Qarabağ”a görə bilet qalmaqalı: Onu a bazar”da satanları nə gözləyir? - VİDEO

“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu noyabrın 5-də keçirəcək.

Azərbaycan çempionu həmin gün dördüncü tur çərçivəsində “Çelsi”ni qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq və saat 21:45-də start götürəcək matça maraq böyükdür.

Qarşılaşma ərəfəsində bilet satışı ilə bağlı narazılıqlar yaranıb.

Əksər azarkeşlər bilet əldə edə bilməməsindən şikayətçidir. Çünki onlayn satış cəmi bir neçə dəqiqə çəkib və saytın sistemi çöküb.

Normal qaydada bilet almayanlar indi bütün ümidlərini ”qara bazar”a bağlayıb. Hansı ki, burada biletlər dəyərindən qat-qat baha satılır.

İTV bu problemlə bağlı videosüjet hazırlayıb, onu oxucularımıza təqdim edirik:

SPORTİNFO.AZ

Избранный
36
sportinfo.az

1Источники