Bu gün Misli Premyer Liqasının X turunun ikinci oyunu “Neftçi” “Kəpəz” arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 17:00-da start götürəcək turun mərkəzi qarşılaşmasını Rəvan Həmzəzadə idarə edəcək.
Əzəli rəqiblər çempionatda 64-cü dəfə üz-üzə gələcəklər. Bu oyunların 30 paytaxt, 21-də Gəncə təmsilçisi qələbə qazanıb, 12-də heç-heçə qeydə alınıb. Topların nisbətində də “ağ-qaralar” xeyli öndədir - 102:64.
9 oyundan sonra “Neftçi” 12 xalla 8-ci, “Kəpəz” 3 xalla 12-ci yerdə gedir.
17:00. “Neftçi” - “Kəpəz”
 Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
 VAR: Rauf Cabarov.
 AVAR: Namiq Hüseynov.
 Hakim-inspektor: Zöhrab Qədiyev.
 AFFA nümayəndəsi: Azər Əsgərov.
 “Palms Sports Arena”
Qeyd edək ki, açılış oyununda “Qarabağ” “İmişli”yə qalib gəlib - 2:0. Turun qalan oyunları 2-3 noyabrda keçiriləcək.