RU

Beyinə ən çox zərər verən abur cuburlar açıqlandı

Virginia Tech Universiteti alimləri beynə ən çox zərər vuran qidaları müəyyən ediblər. Araşdırmaya görə, çox işlənmiş ət məhsulları və şirin içkilər demensiya və Altsheymer riskini artırır.

E-saglam.az xəbər verir ki,  2014–2020-ci illərdə 55 yaşdan yuxarı 4 750 nəfər üzərində aparılan tədqiqatda, işlənmiş ət yeyənlərdə risk 17%, şirin içki qəbul edənlərdə isə 6% artdığı müəyyən olunub.

Digər işlənmiş qidalar – çörək, desert, qəlyanaltı və süd məhsulları eyni təsiri göstərməyib.

Professor Brenda Davy bildirib:

“Dəyişmək mümkündür. Əsas məsələ ölçülülük və balanslı seçimlər etməkdir".

Alimlər beynin qorunması üçün ən yaxşı yolun evdə daha çox yemək bişirmək olduğunu vurğulayıblar.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
50
e-saglam.az

1Источники