RU

Argentinada hökumət başçısı dəyişdi

Argentinada keçirilən aralıq parlament seçkilərindən sonra ölkənin baş naziri Gilyermo Frankos vəzifəsindən istefa verib.

Musavat.com xəbər verir ki, president Havyer Miley onun istefasını qəbul edib. Prezident katibliyindən verilən açıqlamaya görə, baş nazir postuna president aparatının nümayəndəsi Manuel Adorni təyin olunub.

Argentina liderinin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir: "Keçmiş Baş nazir Gilyermo Frankosun varisi bazar ertəsi tarixindən etibarən yeni Baş nazir Manuel Adorni olacaq".

Prezident Havyer Miley də Frankosun istefasını təsdiqləyib.

Qeyd edək ki, seçkilərdə Mileyin partiyası qalib gələrək parlamentdəki mövqeyini gücləndirib.

Musavat.com

Избранный
41
musavat.com

1Источники