RU

Telegram ın yaradıcısı Fransa həbsxanasından qaçışı nı şərh edib

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Telegram" mesencerinin həmtəsisçisi Pavel Durov "Telegram Mini App" platformasında onun Fransa həbsxanasından qaçışını əks etdirən "Total Glitch" mini-oyununu bəyənib.

Oxu.Az xəbər verir ki, bu barədə o özünün ingilisdilli "Telegram" kanalında yazıb.

O, adı açıqlanmayan bir tərtibatçının oyununa keçidi əlavə edərək xəbəri şərh edib. "Fransa həbsxanasından necə qaçdığım və oradakı bütün şübhəli personajlarla necə mübarizə apardığım haqqında əla oyun", - Durov qeyd edib.

Xatırladaq ki, 24 avqust 2024-cü ildə Durov Parisdəki Le Burje hava limanında saxlanılıb. O, 5 milyon avro girov ödəməklə sərbəst buraxılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
75
oxu.az

1Источники