GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Ukraynalı iqtisad elmləri doktoru Andrey Dliqaç ölkənin iqtisadi vəziyyəti ilə bağlı xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, o, “Novosti Live” Yutub kanalına açıqlamasında Ukraynanın hazırda tam miqyaslı iqtisadi fəlakət təhlükəsi ilə üz-üzə qaldığını və təcili tədbir görülməli polduğunu bildirib.
Ekspertin sözlərinə görə, dövlət büdcəsində 20 milyard dollardan çox kəsir mövcuddur: “Biz artıq öz imkanlarımızın yarısından azı ilə yaşayırıq. ÜDM-in 100 faizindən çox borcumuz var”.
Dliqaç hesab edir ki, hökumət vergi siyasətini dəyişməli, gəlir vergisindən istehlak və aktiv vergilərinə keçməlidir.
Onun fikrincə, idxalın azaldılması və ticarət balansının düzəlməsi üçün lazımsız lüks məhsullar, yeni avtomobillər, texnika və geyimlər əlavə vergi ilə yüklənməlidir.
Tahir Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.