RU

İranda uran zənginləşdirilir? - MAQATE rəhbərinin açıqlaması

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi bir daha İranla zədələnmiş nüvə obyektlərinə giriş üçün razılığa gəlməyə çağırış edib.

"Unikal" xəbər verir ki, Qrossi İranla bu mövzuda əldə edilən razılaşmanı vacib adlandırıb və əlavə edib ki, İran lazımi giriş icazələrini verməlidir.

"Nüvə materiallarının harada saxlanıldığını, nə qədərinin mövcud olduğunu və nəyin əskik ola biləcəyini bilməyimiz vacibdir ki, yoxlama prosesini davam etdirə bilək", - deyə o bildirib. 

Qrossinin sözlərinə görə, nüvə materiallarının saxlanc yerlərinin monitorinqi prosesi bu girişlər olmadan mümkün deyil. "İranın nüvə obyektlərinin böyük bir hissəsinə ziyan vuran iyun hücumlarından sonra zənginləşdirmə fəaliyyətləri demək olar ki, tamamilə dayandırılıb", - deyə o, əlavə edib.

Избранный
18
1
unikal.az

10Источники