"Qarabağ"ın bu yay ən çox transfer etmək istədiyi hücumçu olan Andre Klovis poker edib.
Offsideplus.az xəbər verir ki, "Akademiku de Vizeu" klubunda çıxış edən 27 yaşlı forvard "Leyşoeş"lə matçda bunu bacarıb.
O, komandası 5:1 hesablı qələbəsində 4 qolun müəllifi olub.
A. Klovis hazırda Portuqaliya 2-ci Liqasının bombardiridir. O, son 4 oyunda 8 qol vurmağı bacarıb.