RU

Lukaşenkodan qalmaqallı cavab: “Amerikalılara üzr istəməyəcəm dedim

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Belarus Prezidenti Aleksandr Lukaşenko Litvaya siqaret daşıyan hava şarları ilə bağlı yaranan qalmaqalın təfərrüatlarını açıqlayıb və ABŞ-dan aldığı “üzr istə” tələbinə sərt reaksiya verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “BelTA” məlumat yayıb. Belarus lideri bu barədə çıxışı zamanı açıq şəkildə bildirib ki, amerikalılar belə bir tələb irəli sürdükdə, onlara çox sərt cavab verib.

“Bir sirr açım. Biz amerikalılarla danışıqlar aparırıq. Hava şarlarının buraxıldığı gecənin səhəri bizə mesaj göndərdilər ki, guya Lukaşenko və hakimiyyət Litvadan dərhal və açıq şəkildə üzr istəməlidir. Mən isə dedim: “Sizi s…’”, – Lukaşenko bildirib.

O, eyni zamanda etiraf edib ki, siqaret daşıyan hava şarları həqiqətən də Belarus ərazisindən buraxılıb, lakin bu əməliyyatı litvalıların özləri təşkil edib. Lukaşenkonun sözlərinə görə, Litva hakimiyyəti onların sərhədlərini bağlayaraq yerli sakinləri qanunsuz yollara sövq edib.

“Litvalılar dolanışıqlarını itiriblər, sərhədi bağlayıblar, indi isə özləri Belarusa daxil olub siqaret alır və hava şarları ilə geri daşıyırlar”, – o əlavə edib.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
globalinfo.az

1Источники