RU

Pikassonun günlərdir axtarılan əsərini səhvən götürübmüş

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

İspaniyada Pablo Pikassonun itmiş hesab edilən əsəri təsadüf nəticəsində tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, 1919-cu ilə aid tablo Qranadadakı “CajaGranada” mədəniyyət mərkəzində keçiriləcək sərgiyə aparılarkən itib.

Belə ki, oktyabrın 6-da mərkəz rəhbərliyi əsərin yoxa çıxmasını aşkar edib və polis 18 gün ərzində hərəkət marşrutunu izləyib, sürücüləri dindirməklə yanaşı, təhlükəsizlik kameralarının görüntülərini araşdırıb.

Lakin sonradan məlum olub ki, əsəri təsadüfən mərkəzin 69 yaşlı qapıçısı götürüb.

“Qapının yanında bir bağlama gördüm, düşündüm ki, “Amazon”dan gələn sifarişdir”, – deyə qadın bildirib.

O, bağlamanı mühafizə otağına aparıb və kimsə gəlib götürəcəyini gözləyib. Polis qadını dindirəndən sonra hadisənin sadəcə anlaşılmazlıq olduğu müəyyənləşdirilib.

Xatırladaq ki, Pikassonun kiçik ölçülü bu əsəri 600 min avro məbləğində sığortalanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
4
qafqazinfo.az

5Источники