RU

Tüekiyəli nazir müavini: Münasibətlərimiz inanılmaz dərəcədə inkişaf edib

BAKI, 31 oktyabr. TELEQRAF

"Azərbaycanda olmaqdan böyük məmnunluq hissi duyuruq. Avrasiya Gənc İş Adamları Forumu çərçivəsində buradayıq".

Bu sözləri Teleqraf-a açıqlamasında Türkiyənin gənclər və idman nazirinin müavini Enes Eminoğlu deyib: "Bu forumda 50-yə yaxın müxtəlif ölkədən nümayəndələr iştirak edəcək. Sabah forumda 1000-dən çox iştirakçının olacağı gözlənilir".

Enes Eminoğlu vurğulayıb ki, hər iki ölkənin gənclər və idman nazirlikləriarasında sıx əməkdaşlıq mövcuddur:"Bir sıra birgə proqramlar həyata keçirilir və bu əməkdaşlıq yaxın zamanlarda daha da gücləndirilib. Gənclərimiz qarşılıqlı olaraq səfərlər edərək bir-birini daha yaxından tanımaq imkanı qazanıblar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin ortaya qoyduğu iradə və son dövrlərdə həyata keçirilən birgə təşəbbüslər sayəsində bu münasibətlər inanılmaz dərəcədə inkişaf edib. Biz də bu əməkdaşlığı daha da irəliyə aparmaq üçün əlimizdən gələni etməyə davam edəcəyik".

Nazir müavini Azərbaycanı qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətiylə də təbrik edib: "Vətən uğrunda şəhid olmuş bütün qəhrəman əsgərlərimizi dərin hörmət və rəhmətlə yad edirik".

Избранный
42
teleqraf.com

1Источники