“Real Madrid” və Superliqa layihəsini inkişaf etdirən A22 şirkəti UEFA-ya qarşı 4,5 milyard avroluq iddia qaldırmağı planlaşdırır.
İdman.Biz-in AS-a istinadən verdiyi məlumata görə, qərar Madrid məhkəməsinin UEFA-nın apelyasiyasını rədd etməsindən sonra verilib.
Madrid klubunun və A22-nin vəkilləri artıq sənədləri hazırlayırlar. İddia, tərəflərin Superliqa layihəsinin həyata keçirilməsinə mane olan UEFA-nın hərəkətləri ilə əlaqələndirdiyi nüfuza dəyən ziyan və potensial mənfəət itkisi tələb edəcək.
Xatırladaq ki, 2024-cü ilin may ayında Madrid Kommersiya Məhkəməsi FİFA və UEFA-nın dominant mövqelərindən sui-istifadə etdiyinə və futbol bazarında azad rəqabətə mane olduğuna qərar vermişdi. Məhkəmə təşkilatlara bu cür hərəkətləri dayandırmağı və nəticələrini aradan qaldırmağı tapşırdı.