RU

Fidan: "Rusiya-Ukrayna müharibəsinin həllində müəyyən çətinliklər var"

Rusiya-Ukrayna müharibəsinin həlli üçün müzakirələrin qarşısında müəyyən çətinliklər var.

Moderator.az "CNN Türk" ə istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan estoniyalı həmkarı Marqus Tsahkna ilə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya ilə Ukrayna arasındakı müharibəyə ədalətli və davamlı həll yolu tapılmalıdır: "Müharibəyə son qoymaq üçün danışıqların qarşısında bəzi çətinliklər var. Lakin çətinliklər heç vaxt diplomatik həll axtarışına mane olmamalıdır. Türkiyə danışıqları dəstəkləməyə davam edəcəyik".

Избранный
29
6
moderator.az

10Источники