RU

"Rusiya–Ukrayna müharibəsinin həllində müəyyən çətinliklər var" - Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna arasında davam edən müharibənin həlli istiqamətində müəyyən çətinliklərin mövcud olduğunu bildirib.

"Unikal" xəbər verir ki, nazir bu fikirləri Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə keçirdiyi mətbuat konfransında səsləndirib. Fidan qeyd edib ki, müharibəyə ədalətli və davamlı həll yolu tapılmalıdır:

“Müharibəyə son qoymaq üçün danışıqların qarşısında bəzi çətinliklər var. Lakin bu çətinliklər diplomatik həll axtarışına mane olmamalıdır. Türkiyə bu istiqamətdə danışıqları dəstəkləməyə davam edəcək”.  

Nazir əlavə edib ki, Türkiyə regionda sülh və sabitliyin bərpası üçün fəal diplomatik səylərini davam etdirəcək.

Избранный
20
3
unikal.az

10Источники